ain.az bildirir, Axar.az saytına əsaslanaraq.
2026-cı ildə ölkədə hər kəsin əmək haqqısının artırılacağını nəzərə alsaq, bu, alimlərə də şamil olunmalıdır. Bununla bağlı iş aparıram.
Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə AMEA prezidenti İsa Həbibbəyli Arxeologiya və Antropologiya İnstitutunun yekun hesabat iclasında çıxışı zamanı məlumat verib.
İ.Həbibbəyli deyib ki, işçilərin sosial müdafiəsinin yaxşılaşdırılması da AMEA-nın qarşısında duran əsas məqsədlərdən biridir.
O, həmçinin qeyd edib ki, AMEA-nın əsas məqsədlərindən biri də həqiqi və müxbir üzvlüyə seçkilərin keçirilməsidir:
"Uzun müddətdir həqiqi və müxbir üzvlüyə seçkilər keçirilmir. Fikrimcə, yanvardan sonra bu məsələyə baxmaq olar".
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.