EN

Mədəniyyət naziri Misir nümayəndəsi ilə görüşüb – FOTO 

Dekabrın 9-da Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” çərçivəsində Bakıda səfərdə olan Misir Ərəb Respublikasının mədəniyyət naziri Ahmed Fuad Hanno ilə görüşüb.

Doğru.az xəbər verir ki, görüş zamanı nazir Adil Kərimli Misir tərəfinin festivaldakı diqqətinə görə təşəkkürünü bildirib və iki ölkə arasında mədəni əməkdaşlığın həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf etdiyini vurğulayıb.

Ahmed Fuad Hanno isə Azərbaycan-Misir münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edərək, mədəni sahədə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu bildirib. O, Azərbaycanın festivaldakı yüksək səviyyəli ev sahibliyini xüsusi qeyd edib və tədbirin İslam dünyası ölkələri arasında mədəni inteqrasiyanı gücləndirəcəyinə əminliyini ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub və sonda Misir nazirinə xatirə hədiyyəsi təqdim edilib.

DOĞRU.AZ

image-17652673375996985_1200x630 image-17652673374764219535_1200x630

Chosen
23
4
dogru.az

10Sources