AZ

Misirlə mədəni əməkdaşlıq müzakirə olunub

Azvision saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bu barədə AzVision.az -a Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüş zamanı nazir Adil Kərimli Misir tərəfinin bu mötəbər beynəlxalq tədbirə göstərdiyi diqqətə görə təşəkkürünü bildirib. Qeyd olunub ki, Azərbaycan və Misir arasında mədəni əməkdaşlıq həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf edir. Mədəniyyətin müxtəlif sahələri üzrə təcrübə mübadiləsi, birgə layihələrin həyata keçirilməsi və qarşılıqlı iştirak üçün geniş imkanların mövcud olduğu vurğulanıb. Misirin mədəniyyət naziri Ahmed Fuad Hanno da öz növbəsində Azərbaycan-Misir münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini qeyd edib, mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirib. O, Azərbaycanın festivala yüksək səviyyədə ev sahibliyi etdiyini xüsusi vurğulayaraq, tədbirin İslam dünyası ölkələri arasında mədəni inteqrasiyanın möhkəmləndirilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, sonda Misirin mədəniyyət nazirinə xatirə hədiyyəsi təqdim olunub. AzVision.az

Qalereya

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
7
azvision.az

10Mənbələr