FİFA referisi Kamal Umudlu UEFA-dan növbəti dəfə təyinat alıb.
QOL.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.
K.Umudlu UEFA Gənclər Liqasının 6-cı turu çərçivəsində keçiriləcək “Atalanta” (İtaliya) – “Çelsi” (İngiltərə) oyununun baş hakimi olacaq. Ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər.
Görüş dekabrın 9-da Berqamo şəhərində yerləşən Bortolotti İdman Mərkəzində keçiriləcək.