Zaqatala, 6 dekabr, Rasim İslamoğlu, AZƏRTAC
Zaqatalada avtomobil qadını vuraraq öldürüb.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, hadisə səhər saatlarında Zaqatala-Muğanlı avtomobil yolunda, rayonun Aşağı Tala kəndi ərazisində baş verib. Belə ki, Rövşən Hazmanov idarə etdiyi " VAZ 21099" markalı avtomobillə Aşağı Tala kənd sakini, 57 yaşlı Dilbər Osmanovanı yolu keçərkən vurub. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Zaqatala rayon polis şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.