EN

İki boksçunuz dünya çempionatında mərhələ adladı

ain.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Azərbaycanın iki boksçusu Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında mərhələ adlayıb.

"Unikal" xəbər verir ki, mundialın ikinci günündə Avropa çempionu Sübhan Mamedov (48 kq) debütdə Joey Kanoyla (Filippin) qarşılaşıb.

Boksçu üçüncü raundda rəqibinə tam üstünlüklə qalib gəlib. Mamedov 1/8 finalda ilk mərhələdən azad olan Mehron Şafiyevlə (Tacikistan) döyüşəcək.

Zaur Qəhrəmanov (67 kq) da startda qələbə qazanıb. O, Şeyx Sarrı (Qambiya) ilk raundda məğlub edib. Boksçu 1/8 finalda Tomas Kasazzanı (Argentina) sınağa çəkəcək.

Qeyd edək ki, dünya çempionatına dekabrın 13-də yekun vurulacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
109
16
unikal.az

10Sources