AZ

Azərbaycanın iki boksçusu dünya çempionatında mərhələ adlayıb

style='margin-bottom:10px;'>

Azərbaycanın iki boksçusu Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında mərhələ adlayıb.

QOL.az xəbər verir ki, mundialın ikinci günündə Avropa çempionu Sübhan Mamedov (48 kq) debütdə Joey Kanoyla (Filippin) qarşılaşıb. Boksçumuz üçüncü raundda rəqibinə tam üstünlüklə qalib gəlib. Mamedov 1/8 finalda tacikistanlı Mehron Şafiyevlə döyüşəcək.

Zaur Qəhrəmanov (67 kq) da startda qələbə qazanıb. O, Şeyx Sarrı (Qambiya) ilk raundda məğlub edib. Boksçumuz 1/8 finalda Tomas Kasazzanı (Argentina) sınağa çəkəcək.

Qeyd edək ki, dünya çempionatına dekabrın 13-də yekun vurulacaq.

Seçilən
71
16
teleqraf.com

10Mənbələr