EN

Mirzoyan təcili Brüsselə gedir: Nə baş verir? KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumat verir.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 2–3 dekabr tarixlərində işgüzar səfərlə Brüsseldə olacaq.

KONKRET.az xəbər verir ki, 2 dekabrda Aİ-Ermənistan Tərəfdaşlıq Şurasının 6-cı iclası keçiriləcək.

İclasa nazir Mirzoyanın rəhbərlik etdiyi nümayəndə heyəti qatılacaq. Müzakirələrin yekununa əsasən, Ermənistanın xarici işlər naziri, Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas və Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kosun iştirakı ilə birgə mətbuat konfransı keçiriləcək.

3 dekabrda Ararat Mirzoyan Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun 2-ci sammitində çıxış edəcək.

Səfər çərçivəsində bir sıra ikitərəfli görüşlər də planlaşdırılıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
65
15
konkret.az

10Sources