EN

Baş(çı)sız "Neftçi" Tovuz səfərində: 13-cü tur başlayır

Bu gün Azərbaycan Premyer Liqasında 13-cü tura start veriləcək.

Publika.az xəbər verir ki, ilk gündə 2 oyun baş tutacaq.

Öncə “Kəpəz” “Zirə”ni qəbul edəcək. Gəncə təmsilçisi artıq ev oyunlarını Yevlaxda keçirməyə qərar verdiyi üçün, “Zirə”ni də məhz Yevlax şəhər stadionunda qəbul edəcək

Günün digər qarşılaşması “Turan Tovuz”la “Neftçi” arasında olacaq. Baş məşqçisiz qalmış və müvəqqəti Sənan Qurbanova tapşırılmış “ağ-qaralar” çətin səfərdən xalla qayıtmağa çalışacaq.

Qeyd edək ki, “İmişli” – ”Sabah” və “Qarabağ” – “Karvan-Yevlax” oyunları 29 noyabrda, “Şamaxı” – “Sumqayıt” və “Qəbələ” – “Araz-Naxçıvan” oyunları isə 30 noyabrda keçiriləcək.

Chosen
39
5
publika.az

6Sources