Bu gün Azərbaycan Premyer Liqasında 12-ci tura start veriləcək.
Publika.az xəbər verir ki, ilk gündə 2 oyun baş tutacaq.
Əvvəlcə, “Karvan-Yevlax” “Kəpəz”lə qarşılaşacaq. Autsayderlərin görüşü Yevlaxda baş tutacaq. Bu, “Karvan-Yevlax”ın cari mövsümdə öz meydanında ilk oyunu olacaq. Eyni zamanda şəhərdə 16 illik fasilədən sonra Premyer Liqada matçı baş tutacaq.
Digər oyunda isə “Sumqayıt”la “Qarabağ” üz-üzə gələcək. Ağdam təmsilçisi növbəti qələbəsini qazanmaqla liderliyini qorumağa çalışacaq. Maraqlıdır ki, Qurban Qurbanovun yetirmələri cari mövsüm çempionatda yeganə məğlubiyyətini “kimyaçılar”dan alıb.
Qeyd edək ki, “Araz-Naxçıvan” – “Turan Tovuz” və “Zirə” – “Qəbələ” oyunları sabah, “Sabah” – “Şamaxı” və “Neftçi” – “İmişli” görüşləri isə 23 noyabrda keçiriləcək.