Bu gün Azərbaycan Premyer Liqasında 16-cı tura start veriləcək.
Publika.az xəbər verir ki, ilk gündə bir oyun baş tutacaq.
2025-ci ilin sonuncu turunun açılış oyununda “Kəpəz” “Turan Tovuz”la qarşılaşacaq. Qərb derbisi Yevlaxda baş tutacaq.
“Karvan” – “Neftçi” və “Zirə” – “İmişli” oyunları 20 dekabrda, “Qəbələ” – “Qarabağ” və “Araz-Naxçıvan” – “Şamaxı” görüşləri 21 dekabrda, “Sumqayıt” – “Sabah” matçı isə 22 dekabrda keçiriləcək.
Azərbaycan Premyer Liqası, 16-cı tur
19 dekabr