EN

Çempionlar Liqası: “Qarabağ” Italiyanı xalsız tərk edir - TAM VİDEO

İlk yayın vaxtı 23:58

Musavat.com xəbər verir ki, “Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsində V tur qarşılaşmasını səfərdə “Napoli”yə qarşı keçirib.

“Stadio Diego Armando Maradona”da baş tutan oyun Azərbaycan təmsilçisinin 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Matçın ikinci hissəsində ev sahibləri ardıcıl qollarla üstünlük əldə ediblər.

— 66-cı dəqiqədə Skott Maktominey “Napoli”ni hesabda önə çıxarıb.
— 72-ci dəqiqədə isə “Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç avtoqol edərək fərqi iki topa çatdırıb.

Bu nəticə ilə “köhlən atlar” cari mövsümdə Liqa mərhələsində ikinci dəfə məğlub olublar.

Qeyd edək ki, Qurban Qurbanovun komandası növbəti oyununu 10 dekabrda Bakıda Niderland təmsilçisi “Ayaks”a qarşı keçirəcək. 

*** 

***

Musavat.com xəbər verir ki, UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda “Stadio Diego Armando Maradona”da keçirilən “Napoli” – “Qarabağ” qarşılaşmasında meydan sahibləri qısa fasilə ilə iki dəfə fərqlənib.

66-cı dəqiqədə Skot Maktominey dəqiq zərbə ilə hesabı açıb — 1:0.

Cəmi altı dəqiqə sonra, 72-ci dəqiqədə Marko Yankoviç topu öz qapısından keçirib və hesab 2:0-a yüksəlib.

Ağdam təmsilçisinin vəziyyəti çətinləşsə də, oyun davam edir.

***

Musavat.com xəbər verir ki, UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda keçirilən “Napoli” – “Qarabağ” qarşılaşmasının ikinci hissəsi davam edir.

Oyunda ən dramatik anlardan biri yaşanıb: meydan sahiblərinin qazandığı 11 metrlik cərimə zərbəsini Mateuş Koxalski dəf edərək komandamızı qoldan xilas edib.

“Stadio Diego Armando Maradona”da keçirilən görüşdə hesab hələ də açılmır və qarşılaşma böyük gərginliklə davam edir.

UEFA Çempionlar Liqasının Liqa mərhələsində bu gecə keçirilən "Napoli" – "Qarabağ" qarşılaşmasının ilk hissəsi 0:0 hesabı ilə yekunlaşıb.

Musavat.com xəbər verir ki, oyun boyunca "Qarabağ" müdafiədə intizamlı çıxışı və təhlükəli hücum cəhdləri ilə diqqət çəkib. 

***

Musavat.com xəbər verir ki, Azərbaycan çempionu UEFA Çempionlar Liqasının Liqa mərhələsində növbəti oyununu İtaliyada keçirir.

Qurban Qurbanovun komandası bu gün səfərdə A Seriyasının güclü təmsilçilərindən biri olan “Napoli” ilə qarşılaşır.

Matç “Stadio Diego Armando Maradona” arenasında oynanır və Bakı vaxtı ilə gecə saat 00:00-da start götürüb. Görüşə FIFA-nın ən tanınmış hakimlərindən biri — polşalı Şimon Marçinyak rəhbərlik edir. Ona Tomaş Listkeviç və Adam Kupsik yardım edir, VAR-da isə niderlandlı Pol van Bokeldir.

“Qarabağ” Liqa mərhələsində indiyədək göstərdiyi nəticələrlə diqqət çəkib:

— Portuqaliyanın “Benfika”sı üzərində tarixi qələbə – 3:2
— Danimarkanın “Kopenhagen”i ilə inamlı hesab – 2:0
— “Atletik”lə səfərdə 1:3 hesablı məğlubiyyət
— Bakıda “Çelsi” ilə 2:2 hesablı bərabərlik

Hazırda “Qarabağ” 7 xalla turnir cədvəlində 15-ci, rəqib “Napoli” isə 4 xalla 24-cü pillədə qərarlaşıb.

Bu gecəki qarşılaşma hər iki komanda üçün böyük əhəmiyyət daşıyır. “Qarabağ”ın xal qazanacağı təqdirdə ilk 24-lükdə yer almaq ehtimalı daha da güclənəcək. 

 

Musavat.com

Chosen
55
1
musavat.com

10Sources