Musavat.com xəbər verir ki, Azərbaycan çempionu UEFA Çempionlar Liqasının Liqa mərhələsində növbəti oyununu İtaliyada keçirir.
Qurban Qurbanovun komandası bu gün səfərdə A Seriyasının güclü təmsilçilərindən biri olan “Napoli” ilə qarşılaşır.
Matç “Stadio Diego Armando Maradona” arenasında oynanır və Bakı vaxtı ilə gecə saat 00:00-da start götürüb. Görüşə FIFA-nın ən tanınmış hakimlərindən biri — polşalı Şimon Marçinyak rəhbərlik edir. Ona Tomaş Listkeviç və Adam Kupsik yardım edir, VAR-da isə niderlandlı Pol van Bokeldir.
“Qarabağ” Liqa mərhələsində indiyədək göstərdiyi nəticələrlə diqqət çəkib:
— Portuqaliyanın “Benfika”sı üzərində tarixi qələbə – 3:2
— Danimarkanın “Kopenhagen”i ilə inamlı hesab – 2:0
— “Atletik”lə səfərdə 1:3 hesablı məğlubiyyət
— Bakıda “Çelsi” ilə 2:2 hesablı bərabərlik
Hazırda “Qarabağ” 7 xalla turnir cədvəlində 15-ci, rəqib “Napoli” isə 4 xalla 24-cü pillədə qərarlaşıb.
Bu gecəki qarşılaşma hər iki komanda üçün böyük əhəmiyyət daşıyır. “Qarabağ”ın xal qazanacağı təqdirdə ilk 24-lükdə yer almaq ehtimalı daha da güclənəcək.
Musavat.com