EN

“X” platforması Xameneinin gizləndiyi yeri ifşa etdi - FOTO

"X" sosial şəbəkəsində hesabların “coğrafi yer” göstərmə funksiyası İranda böyük sarkazm dalğasına səbəb olub.

Bizim.Media xəbər verir ki, hökumət rəsmilərinin məhdudiyyətsiz internetdən istifadə etdiyinin görünməsi sosial mediada müzakirələri daha da qızışdırıb.

Bu fonda iranlı istifadəçilər istehza ilə ölkənin ali rəhbəri Əli Xameneinin 12 günlük müharibə zamanı gizləndiyini yazaraq, onun hesabında məkan bölümünü “7-ci yeraltı bunker” kimi göstəriblər.

Qısa müddətdə viral olan bu paylaşımlar həm gülüş, həm də siyasi tənqidlərin mərkəzinə çevrilib.



Bizim.Media

Chosen
143
17
bizim.media

10Sources