Amerikalı milyarder, sahibkar İlon Maska məxsus "X" sosial şəbəkəsi cərimələnib.
Publika.az "Bloomberg"ə istinadən xəbər verir ki, platforma 120 milyon avro (təxminən 140 milyon dollar) məbləğində cərimə olunub.
Buna səbəb isə "X"in kontent moderasiyası barədə Aİ qanununu pozmasıdır.
Qərarda deyilir ki, "Avropa Komissiyasının gəldiyi qənaətə görə, "X"dəki "mavi nişan" ödənişli simvolu istifadəçiləri çaşdırır, platforma araşdırmaçıların məlumatlara çıxışını məhdudlaşdırır". Platforma həm də müvafiq reklam yerləşdirilməsini təmin etməyib.