AZ

Rubio: Aİ nin X sosial şəbəkəsini cərimələməsi Amerika xalqına zərbədir

Sherg.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ dövlət katibi Marko Rubio Avropa Komissiyasının (AK) X sosial şəbəkəsini 140 milyon dollar məbləğində cərimələməsini Amerika xalqına zərbə adlandırıb.

"Report" xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında yazıb.

"Avropa Komissiyasının 140 milyonluq cəriməsi sadəcə xarici hökumətlərin X sosial şəbəkəsinə qarşı hücumu deyil, bu həm də Amerikanın texnoloji platformalarına və xalqına yönəlmiş hücumdur. İnternetdə Amerikanın senzura dövrü artıq keçib", - dövlət katibi qeyd edib.

Xatırladaq ki, AK Avropa İttifaqının rəqəmsal xidmətlər haqqında (DSA) qanununa əsaslanaraq şəffaflığın təmin edilməsini pozduğu üçün X sosial şəbəkəsini 120 milyon avro (140 milyon dollar) məbləğində cərimələyib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
133
17
sherg.az

10Mənbələr