Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu çərçivəsində “Zəngəzur dəhlizi: Türk coğrafiyasını birləşdirən körpü” adlı panel müzakirəsi keçirilib.
QHT.az xəbər verir ki, Panelin moderatoru Milli Məclisin deputatı, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Azər Allahverənov olub. Panel spikerləri qismində Türkiyə Respublikasının Daxili İşlər Nazirliyinin Vətəndaş Cəmiyyəti ilə Əlaqələr Baş İdarəsinin direktor müavini Özcan Aygün, Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının Komitə sədri, “Yüksəliş” Hərəkatının sədri Bobur Bekmurodov, Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyi yanında Vətəndaş Cəmiyyəti Məsələləri Komitəsinin sədrinin müavini Zhanargul Alzhanova, Qırğızıstanın Ədliyyə Nazirliyinin Analitik və Rəqəmsallaşdırma Departamentinin müdiri Aitolkun Zhakypova, Türkmənistanın CAREC Layihə Ofisinin direktoru Mergen Kepbanov, Macarıstanın Danube İnstitutunun icraçı direktoru İstvan Kiss, Şimali Kipr Türk Respublikasının Daxili İşlər Nazirliyinin aparat rəhbəri Mehmet Ercilasun fikirlərini bölüşüb.
Foto: İlkin Həmidov, Vüqar İbadov