Zəngəzur dəhlizinin gətirəcəyi fürsətlərlə Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığı yeni məna qazanacaq.
"Cebheinfo.az" xəbər verir ki, bunu ŞKTR-nın daxili işlər nazirliyinin aparat rəhbəri Mehmet Ercilasun Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumunda keçirilən “Zəngəzur dəhlizi: Türk coğrafiyasını birləşdirən körpü” adlı paneldə deyib.
“Zəngəzur dəhlizi türk dünyasında iqtisadi inteqrasiyanı gücləndirən və ortaq gələcəyə doğru vizyonumuzu formalaşdıran strateji bir layihədir. Bu koridorun mədəni, sosial sahələrdə gətirəcəyi imkanlar ŞKTR-nın QHT-lərinin TDT-yə üzv ölkələrlərlə əlaqələrinin inkişafına mühüm töhfələr verəcək. əngəzur dəhlizi xalqlarımız və mədəniyyətlərimiz arasında körpü rolunu oynayacaq” , - Mehmet Ercilasun vurğulayıb.
"Cebheinfo.az"