AZ

Bakıda TDT ölkələrinin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu keçirilib

Bakıda

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatları ilk dəfə Bakıda bir araya gəlib.

Məlumata görə, forumda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikasından 500-dən çox vətəndaş cəmiyyəti təmsilçisi iştirak edib.

Forum çərçivəsində iki panel müzakirəsi keçirilib. "Zəngəzur dəhlizi: türk coğrafiyasını birləşdirən körpü" adlı paneldə Zəngəzur dəhlizinin açılmasından sonrakı yeni vəziyyətə hazırlıq və bu istiqamətdə Türk dünyası vətəndaş cəmiyyəti təsisatlarının təşəbbüsləri müzakirə olunub.

İkinci panel isə "Azərbaycan-Qazaxıstan QHT-lərinin I Əməkdaşlıq Forumu" olub.

Növbəti gün forumun işi Naxçıvan şəhərində davam etdiriləcək(report).
Seçilən
21
21
reyting.az

10Mənbələr