EN

“Araz-Naxçıvan” “Benfika” ilə matça itkilərlə çıxacaq

style='margin-bottom:10px;'>

“Araz-Naxçıvan” futzal klubu UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində bu gün Bakıda “Benfika” (Portuqaliya) ilə matça itkilərlə çıxacaq.

QOL.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasından bildrilib.

Vərəqə cəzalısı olduğuna görə Covanni Valero, Karlos Bertola və Aleksanderson Teyşeyra komanda yoldaşlarına kömək edə bilməyəcək. Əvəzində Kənan Manafov, Fərid Abbasov və Hüseyn Abdulov “qırmızı-ağlar”ın iştirak ərizəsinə daxil ediliblər.

Baş məşqçi Yevgeni Kukseviç “Araz-Naxçıvan”ın ilk oyun üçün iştirak ərizəsinə aşağıdakı futbolçuların adını daxil edib:

Qapıçılar – 1. Emin Kürdov, 12. Rövşən Hüseynli, 19. Hüseyn Ədbülov;

Oyunçular – 15. Fərid Abbasov, 20. Ədalət Ələkbərov, 8. Ülvi Əliyev, 6. Mirzə Əmirov, 21. Filipinyo, 10. Jan Peruzzo, 3. Qüdrət Qasımzadə, 29. Luicci Lonqo, 49. Kənan Manafov, 7. Yaqo Enrike, 9. Alleks Rezende

Qeyd edək ki, “Araz-Naxçıvan” – “Benfika” matçı Bakı İdman Sarayında, saat 20:00-da start götürəcək.

Chosen
33
4
teleqraf.com

7Sources