ain.az, Idman.biz saytına istinadən bildirir.
Bu gün “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində “Benfika” ilə qarşılaşacaq.
İdman.Biz xəbər verir ki, Azərbaycan çempionu Portuqaliya təmsilçisini Bakı İdman Sarayında qəbul edəcək. Oyun saat 20:00-da start götürəcək.
Komanda qarşılaşmaya itkilərlə çıxacaq. Azərbaycan Futzal Federasiyasının məlumatına görə, vərəqə cəzalısı olan Covanni Valero, Karlos Bertola və Aleksanderson Teyşeyra bu görüşdə iştirak etməyəcək. Onların əvəzinə Kənan Manafov, Fərid Abbasov və Hüseyn Abdulov iştirak ərizəsinə daxil edilib.
Baş məşqçi Yevgeni Kukseviç ilk oyun üçün aşağıdakı futzalçıların adını iştirak ərizəsinə yazıb:
Qapıçılar: Emin Kürdov, 12. Rövşən Hüseynli, 19. Hüseyn Ədbülov
Oyunçular: 15. Fərid Abbasov, 20. Ədalət Ələkbərov, 8. Ülvi Əliyev, 6. Mirzə Əmirov, 21. Filipinyo, 10. Jan Peruzzo, 3. Qüdrət Qasımzadə, 29. Luicci Lonqo, 49. Kənan Manafov, 7. Yaqo Enrike, 9. Alleks Rezende
Qeyd edək ki, komandalar arasında cavab oyunu dekabrın 5-də Portuqaliyada keçiriləcək. Cütün qalibi 1/4 finalda AEK (Yunanıstan) – Sportinq (Portuqaliya) duelinin qalibi ilə qarşılaşacaq.
İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.