AZ

“Araz Naxçıvan” “Benfika” ilə oyuna bu itkilərlə ÇIXACAQ

Bu gün “Araz-Naxçıvan” futzal komandası UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində “Benfika” ilə qarşılaşacaq. 

Bizim.Media xəbər verir ki, komanda qarşılaşmaya itkilərlə çıxacaq. 

Azərbaycan Futzal Federasiyasının məlumatına görə, vərəqə cəzalısı olan Covanni Valero, Karlos Bertola və Aleksanderson Teyşeyra bu görüşdə iştirak etməyəcək. Onların əvəzinə Kənan Manafov, Fərid Abbasov və Hüseyn Abdulov iştirak ərizəsinə daxil edilib. 

Baş məşqçi Yevgeni Kukseviç qarşılaşma üçün komandaya daxil edilən futzalçıların siyahısını açıqlayıb:

Qapıçılar: 1. Emin Kürdov, 12. Rövşən Hüseynli, 19. Hüseyn Ədbülov

Oyunçular: 15. Fərid Abbasov, 20. Ədalət Ələkbərov, 8. Ülvi Əliyev, 6. Mirzə Əmirov, 21. Filipinyo, 10. Jan Peruzzo, 3. Qüdrət Qasımzadə, 29. Luicci Lonqo, 49. Kənan Manafov, 7. Yaqo Enrike, 9. Alleks Rezende
 

“Araz-Naxçıvan” Portuqaliya təmsilçisini Bakı İdman Sarayında qəbul edəcək. Oyun saat 20:00-da start götürəcək.


Qeyd edək ki, komandalar arasında cavab oyunu dekabrın 5-də Portuqaliyada keçiriləcək. Cütün qalibi 1/4 finalda AEK (Yunanıstan) - Sportinq (Portuqaliya) duelinin qalibi ilə qarşılaşacaq.

Bizim.Media

Seçilən
7
5
bizim.media

7Mənbələr