EN

Bakıda ilk dəfə TDT ölkələrinin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu keçirilib

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatları ilk dəfə Bakıda bir araya gəlib.

Missiya.Az "Report"a istinadən, forumda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikasından 500-dən çox vətəndaş cəmiyyəti təmsilçisi iştirak edib.

Forum çərçivəsində iki panel müzakirəsi keçirilib. "Zəngəzur dəhlizi: türk coğrafiyasını birləşdirən körpü" adlı paneldə Zəngəzur dəhlizinin açılmasından sonrakı yeni vəziyyətə hazırlıq və bu istiqamətdə Türk dünyası vətəndaş cəmiyyəti təsisatlarının təşəbbüsləri müzakirə olunub.

İkinci panel isə "Azərbaycan-Qazaxıstan QHT-lərinin I Əməkdaşlıq Forumu" olub.

Növbəti gün forumun işi Naxçıvan şəhərində davam etdiriləcək.

Chosen
32
21
missiya.az

10Sources