Futzal üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində "Araz-Naxçıvan bu gün "Benfika" ilə üz-üzə gələcək.

Offsideplus.az xəbər verir ki, görüş bu gün saat 20:00-da Bakı İdman Sarayında keçiriləcək. Zala giriş biletsiz olacaq. Qarşılaşma CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq.

Təmsilçimiz ilk oyuna itkilərlə çıxacaq. Vərəqə cəzalısı olduğuna görə Giovanny Valero, Karlos Bertuola və Alekssanderson Teixeira komanda yoldaşlarına kömək edə bilməyəcək. Əvəzində Kənan Manafov, Fərid Abbasov və Hüseyn Abdulov “qırmızı-ağlar”ın iştirak ərizəsinə daxil ediliblər.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu dekabrın 5-də keçiriləcək. Cütün qalibi ¼ finalda AEK (Yunanıstan) – Sportinq (Portuqaliya) duelinin qalibi ilə qarşılaşacaq.

“Araz-Naxçıvan”ın ilk oyun üçün iştirak ərizəsi:

Qapıçılar: 1. Emin Kürdov, 12. Rövşən Hüseynli, 19. Hüseyn Ədbülov

Oyunçular: 15. Fərid Abbasov, 20. Ədalət Ələkbərov, 8. Ülvi Əliyev, 6. Mirzə Əmirov, 21. Filipinyo, 10. Jean Markos Perruzo, 3. Qüdrət Qasımzadə, 29. Luicci Longo, 49. Kənan Manafov, 7. İaqo Henrique, 9. Alleks Rezende

Baş məşqçi: Yevgeni Kukseviç