Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
ABŞ Prezidenti Donald Tramp Ukraynanın 28 maddədən ibarət sülh planını qəbul etməli olduğunu bəyan edib. Plan Rusiyaya Ukrayna ərazilərinin bir hissəsinin verilməsini və Ukrayna Silahlı Qüvvələrinə ciddi məhdudiyyətlər qoyulmasını nəzərdə tutur. Tənqidçilər isə sənədin Kremlin tələblərini təkrarladığını və Ukraynada xaosa səbəb ola biləcəyini bildirirlər.
"AzPolitika" xəbər verir ki, bu barədə "Sky News" nəşrində yayımlanan məqalədə bildirilib.
Məlumata görə, Tramp Ağ Evdə çıxışı zamanı Ukrayna lideri Volodimir Zelenskiyə “bu plan xoşuna gəlməlidir” deyib və fevral ayında baş tutan görüşü xatırladaraq Zelenskiyə “sənin kartların yoxdur” ifadəsini işlədib.
Vaşinqton Kiyevə cümə axşamınadək mövqe bildirməsi üçün vaxt versə də, ABŞ bu müddətin uzadıla biləcəyini istisna etmir. Rusiya Prezidenti Vladimir Putin planı “mümkün baza” adlandıraraq müsbət reaksiya verib.
Ukrayna prezidenti xalqa müraciətində planın ciddi narahatlıq doğurduğunu bildirib:“Ya ləyaqətin itirilməsi, ya əsas tərəfdaşın itirilməsi riski… Ya bu 28 tələbə razılaşmaq, ya da çox sərt qışı qarşılamaq”.
Zelenski həmçinin qeyd edib: “Azadlıq olmadan həyat… Və bütün bunlar bizi iki dəfə işğal etmiş birinə güvənməyimiz istənildiyi halda baş verir”.
Məlumata görə, Vaşinqton Kiyev planı qəbul etməzsə, kəşfiyyat məlumatlarının və silah tədarükünün dayandırılması ilə hədələyib.
ABŞ Senatının nüfuzlu respublikaçı üzvü Rodjer Viker sənədi tənqid edərək bildirib:“Ukrayna öz torpağını dünyanın ən qəddar hərbi cinayətkarlarından biri olan Putinə verməyə məcbur edilməməlidir”.
"Chatham House" analitiki Tim Eş də planın “Rusiyanın istədiklərini tam, Ukraynanın isə demək olar ki, heç nə almadığını” deyərək böyük qeyri-sabitlik yarada biləcəyini qeyd edib.
"AzPolitika.oinfo"
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.