ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
Əgər Ukrayna rəhbərliyi ABŞ tərəfindən təklif olunan 28 maddəlik sülh planını imzalamasa, Ağ Ev Kiyevi Ukrayna ordusuna silah və kəşfiyyat məlumatlarının verilməsini dayandırmaqla hədələyib.
“AzPolitika” xəbər verir ki, bu barədə “Reuters” agentliyinə vəziyyətlə tanış olan iki mənbə məlumat verib.
Anonimlik şərti ilə danışan mənbələrdən biri agentliyə bildirib ki, Vaşinqton Prezident Volodimir Zelenskidən ABŞ və Rusiya tərəfindən Avropa və Ukraynanın iştirakı olmadan hazırlanmış çərçivə sülh müqaviləsini 28 noyabr tarixinə qədər imzalamasını tələb edir.
Xatırladaq ki, Trampın planında Krım və Donbasın Rusiyanın nəzarətinə verilməsi, Ukrayna Silahlı Qüvvələrinin sayının azaldılması, Ukraynanın NATO-ya qoşulmaqdan imtina etməsi və xarici qoşunların onun ərazisində yerləşdirilməsinə qadağa qoyulması nəzərdə tutulur.
“Axios” qeyd edib ki, Kiyev və Avropa paytaxtları plandan "şoka düşüblər". Ukrayna hökumətindəki mənbə NBC-yə bildirib ki, Prezident Volodimir Zelenskinin yaxın çevrəsindəki korrupsiya qalmaqalı fonunda bu cür təkliflərin ortaya çıxması Moskvanın vəziyyətdən sui-istifadə etmək cəhdini göstərə bilər.
“AzPolitika.info”
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.