EN

Yanğında ölən Könül Hümbətovanın qızının vəziyyəti AÇIQLANDI 

Kəskin zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən Bakı Milli Geyim Evinin rəhbəri Könül Hümbətovanın qızı 2000-ci il təvəllüdlü Ləman Hümbətovanın vəziyyəti ağırdır.


Manset.az xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, onun müalicəsi Kliniki Tibbi Mərkəzdə davam etdirilir.

"Ləmanın vəziyyəti ağır olduğu üçün yaxınları yanına buraxılmırlar", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, Ləman Hümbətova ADA Universitetinin məzunudur.

Chosen
48
11
manset.az

10Sources