AZ

Yanğında ölən Könül Hümbətovanın qızının vəziyyəti açıqlandı

Kəskin zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən Bakı Milli Geyim Evinin rəhbəri Könül Hümbətovanın qızı 2000-ci il təvəllüdlü Ləman Hümbətovanın vəziyyəti ağırdır.

Day.Az Bakupost.az-a istinadən xəbər verir ki, onun müalicəsi Kliniki Tibbi Mərkəzdə davam etdirilir.

"Ləmanın vəziyyəti ağır olduğu üçün yaxınları yanına buraxılmırlar", - deyə məlumatda bildirilib.
Ləman Hümbətova ADA Universitetinin məzunudur.
 

Seçilən
39
11
day.az

10Mənbələr