EN

Deputatdan təklif: Təqaüd vaxtından əvvəl vəfat edənin pensiyası vərəsələrinə verilsin

“Erkən təqaüdə çıxma məsələsi böyük aktuallıq kəsb edir. Bu konteksdə beş və daha çox uşağı olan analara bu hüquq verilir. İndi beş və daha çox uşağı olan ailələr çox azdır. Ona görə də bu güzəştin 3 və daha çox uşağı onlara şamil edilməsi çox ədalətli olar”.

Azreform.info xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisdə “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat pensiya kapitalından istifadə qaydasında dəyişiklik edilməsini təklif edib: “Elə şərait yaratmaq lazımdır ki, pensiya kapitalı pensiyaya çıxmağa bir qədər qalmış müddətdə insanların ondan istifadə edilməsinə şərait yaradılsın. Əgər vətəndaş pensiyaya çıxmadan vəfat edirsə, onun pensiya kapitalının vərəsələrinə verilməsi istiqamətində qanunvericiliyə dəyişikliyin edilməsini vacib hesab edirəm”.

Mürtəza

Chosen
24
7
azreform.info

10Sources