“İrəlidə orta aylıq pensiyanın 590 manat, yaşa görə pensiyanın 629 manat olmasının proqnozlaşdırılması indiki imkanlarla bağlıdır. Büdcənin ağırlığını pensiyaya yönəldiyini nəzərə alsaq, yaşa görə pensiya məsələsinin imkanlarının daha da genişləndirilməsinə ehtiyac var.
Reallıq budur ki, Azərbaycanda 5,1 milyon məşğul əhali qeydiyyatdan keçsə də, bunun hardasa 30-35 faizi rəsmi məşğulluq imkanlarına sahibdir və qeydiyyatdan keçib. Qeyri-rəsmi məşğulluq da, müvəqqəti məşğulluq da kifayət qədər yayğındır”.
Bizim.Media xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, bir çox hallarda biz bu məsələdə işə götürənlərin üzərinə öhdəlik qoymuş oluruq:
“İşəgötürənlərin də öz problemləri kifayət qədər böyük, güzəşt və başqa kompensasiya imkanları isə zəif olduğuna görə bir çox hallarda minimum əməkhaqqı səviyyəsindən yuxarı ödənişləri qaldırmaq imkanına sahib olmurlar. O baxımdan demoqrafik vəziyyət də sosial müdafiə fonduna öz təsirini avtomatik olaraq göstərir.
BMT-nin proqnozuna görə 2050-ci ildə 65 yaşdan yuxarı əhalinin say nisbəti 9%-dən 18%-ə qalxacaq. Bu da orta ömür uzunluğunun bizdə qəbul olunduğu 74,6 yaşdan 78,6 yaşa qalxması deməkdir. Bu da o deməkdir ki, işləyən məşğul əhalinin sayı da azalacaq, ödənişlərin də sayında eniş olacaq”.
Deputat qeyd edib ki, pensiya kapitalı varisliyi məsələsi həll edilməlidir:
“Bu gün əhalini əsas hissəsini düşündürən pensiya kapitalının varisliyi məsələsidir. Bunu hansısa formada çözmək lazımdır. Bunu illərlə ertələməklə insanları qane etmək çətin olur.
Özəl sektorda çalışan subyektlərin özəl pensiya fondunun yaradılması istiqamətində hansısa pilot modelin tətbiq olunmasını tələb edirlər. Əgər belə fondlar vasitəsilə biz pensiya varisliyini saxlayırqsa, onda insanlar vəsait ödəməyə daha çox stimullaşacaqlar”.
Günay Şahmar, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta