EN

Göyçayda yük və minik maşını toqquşdu – xəsarət alanlar var

Göyçayda yük və minik maşını toqquşub, xəsarət alanlar var.

NOCOMMENT.az -ın Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Potu kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan yük avtomobilinin minik maşını ilə toqquşması nəticəsində 4 nəfər Göyçay Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Onlardan üçünə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Bir nəfərin müalicəsi xəstəxanada davam edir.

Faktla bağlı araşdırma aparılır.

NOCOMMENT.az

Chosen
27
8
nocomment.az

10Sources