ain.az bildirir, GlobalInfo portalına istinadən.
ABŞ Ukraynaya yeni sülh planı təklif edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.
Ağ Ev hesab edir ki, müharibə davam edərsə, Ukrayna istənilən halda Donbası itirəcək və buna görə indi razılığa gəlmək Kiyevin maraqlarına uyğundur.
Qərb mətbuatının məlumatına görə, Rusiya ordusu hər an şəhərə girər və bu Donbasın sonu ola bilər. Qeyd olunur ki, ABŞ və Rusiya Ukraynadakı münaqişəni həll etmək üçün 28 bəndlik yeni plan hazırlayıb.
Bu planın hazırlanmasında Ukrayna və Avropanın iştirakı olmayıb. ABŞ nümayəndə heyəti, ordu katibi Daniel Driskolun rəhbərliyi altında planın təfərrüatlarını Kiyev ilə müzakirə etmək üçün şəhərə yollanıb.
Təklif olunan plan Kiyevdən bəzi ərazilərdən və müəyyən silah növlərindən imtina etməyi tələb edir.
Tahir Turan
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.