Gəncədə 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə şəhərin Zərdabi küçəsində qeydə alınıb.
Hərəktədə olan minik maşını ilə moped toqquşub. Nəticədə mopedin sürücüsü N.Məhərrəmov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.