AZ

Gəncədə moped maşınla toqquşdu - Xəsarət alan var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik maşını ilə moped toqquşub.

Qəza zamanı mopedin sürücüsü 2007-ci il təvəllüdlü İ.Orucov xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
340
50
manset.az

10Mənbələr