Kərim Benzema bu mövsüm Kilian Mbappe ilə bağlı fikirlərini bölüşüb və fransalı hücumçunun "Real Madrid"dəki rolunu dəyərləndirib. 

Offsideplus.az xəbər verir ki, Benzema bildirib ki, Mbappé bu mövsüm əvvəlkindən daha yaxşı təsir bağışlayır və onun üçün qol vurmaq artıq adi haldır:

“O, bu mövsüm çox daha yaxşıdır. Qol vurmaq onun üçün yenilik deyil, daha çox qol da vuracaq.”

Lakin Benzema Mbappenin bəzi böyük oyunlarda görünməyə bilərini də vurğulayıb:

“Elə matçlar olacaq ki, Mbappe topa belə toxunmayacaq. Ondan gözlədiyimiz odur ki, bir fürsət gəldikdə onu qola çevirsin. Real Madrid belə bir klubdur.”

Keçmiş kapitan Mbappe–Vinisius əməkdaşlığının önəmini xüsusi qeyd edib:

“O, Vinisiusla yaxşı anlaşmalıdır. "Real Madrid" onu bu anlar üçün alıb — Çempionlar Liqasını gətirmək üçün. Tək edə bilməz, Vinisiusa və digər oyunçulara ehtiyacı var.”

Benzema, həmçinin, Rodriqo və Cud Bellinqem daxil olmaqla hücum xəttindəki rolların dəqiq bölgüsünün vacibliyini bildirib:

“Vinisius, Mbappe, Rodriqo, hətta çox oynamasa belə, Bellingem — hamısı bir-biri ilə danışmalıdır. Birinin işi qol vurmaqdır, digərinin assist etməkdir. Mbappeni ‘10 nömrə’ kimi oynamağa məcbur edə bilmərik, o Bellingemin roludur.”

Sonda Benzema Mbappeyə xəbərdarlıq tonunda mesaj verib:

“Mbappe daha yaxşıdır, amma "Real Madrid" in ən vacib anlarında daha çox fokuslanmalıdır. Çünki bunu etməsi üçün lazım olan hər şey onda var.”