EN

Xatirə İslama SƏRT İTTİHAM: “Heç olmasa Xankəndinin adını yalanlarınızla çirkləndirməyin”

Jurnalist Afət Telmanqızı müğənni Xatirə İslamın açıqlamalarını tənqid edərək onun Xankəndi ilə bağlı səsləndirdiyi fikirlərin doğru olmadığını bildirib.

Minval.info yazır ki, Afət Telmanqızı Xatirə İslamın “Xankəndidə doğulan yeganə ifaçıyam, sənətim də göz qabağında. ‘Xankəndi’ əsərim də milyonların dilindədir. Bəs niyə Xankəndi və Şuşada əsas tədbirlərdə mən yoxam?” sözlərinə cavab verib.

Jurnalist deyib ki, Xatirə İslamın dediklərinin tək doğru tərəfi onun Xankəndidə doğulmasıdır:

“1 il ərzində Xankəndidə çalışdığım müddətdə keçirilən bircə bayram tədbirində bu müğənni iştirak etmədi. Dəfələrlə dəvət olunsa da, müxtəlif səbəblər gətirərək gəlməkdən imtina edib. Mən buna şəxsən şahidəm”.

Afət Telmanqızı qeyd edib ki, Xatirə İslamın bu gün “tədbirlərə dəvət olunmuram” deməsi həqiqəti əks etdirmir:

“Mədəniyyət və dövlət əhəmiyyətli tədbirlərə gəlmək istəməyən Xatirə İslam, niyə doğru olmayan məlumatlar verirsiniz? Hamıdan əvvəl sizin bu torpağa gəlib konsert verməyiniz lazım idi. Amma sizi heç kim burada görmədi”.

Jurnalist vurğulayıb ki, sənətçinin hansı tədbirdə iştirak edib-etməməsi şəxsi qərarı olsa da, Xatirə İslamın iddiaları doğru deyil:

“İnsan torpağını sevəndə onun üçün nə lazımdırsa edir. Sizin də bu torpağa verə biləcəyiniz tək şey burada oxuyacağınız bir mahnı ola bilərdi. Onu da özünüz çox gördünüz doğulduğunuz yerə. Heç olmasa Xankəndinin adını yalanlarınızla çirkləndirməyin”.

Minval.info

“Niyə Xankəndi, Şuşadakı tədbirlərdə yoxam?”

Nazirlikdən Xatirənin iddialarına cavab

Chosen
185
8
minval.info

10Sources