Ajans.az xəbər verir ki, bu sözləri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telman qızı sosial media hesabında qeyd edib. Müğənni Xatirə İslamın son açıqlamaları ilə əlaqədar bildirirəm ki, ifaçının Xankəndidə və Şuşada keçirilən əsas tədbirlərə dəvət olunmaması barədə səsləndirdiyi iddialar həqiqəti əks etdirmir. "Xankəndidə çalışdığım bir il ərzində şəhərdə keçirilən bayram və mədəni tədbirlərə Xatirə İslam dəfələrlə dəvət edilib. Lakin müxtəlif səbəblər gətirərək hər dəfə iştirakdan imtina edib. Buna şəxsən şahid olmuşam. İndi “məni çağırmayıblar” deməsi ictimaiyyəti yanlış istiqamətə yönləndirmək cəhdidir. Bir daha bildirirəm ki, sənətçinin hansı tədbirdə iştirak etməsi onun şəxsi qərarıdır. Xatirə İslam da Xankəndidə təşkil olunan tədbirlərdə iştirak etməmək seçimini özü verib. Bu səbəbdən qurumları ittiham etməsi əsassızdır. Doğulduğunuz torpağa bağlılığınız varsa, bunu göstərməyin ən sadə yolu burada səhnəyə çıxmaq idi. Bu imkan sizə verilsə də, özünüz imtina etdiniz. Xankəndinin adını yalan iddialarla hallandırmamaq daha doğru olardı". Qeyd: Xatirə İslam açıqlamasında bildirib ki:
“Xankəndidə doğulan yeganə ifaçıyam, sənətim də göz qabağındadır. ‘Xankəndi’ əsərim milyonların dilindədir. Bəs niyə Xankəndidə, Şuşada əsas tədbirlərdə mən yoxam? Mən heç vaxt heç kimə görə danışmamışam, heç kimlə də problemim yoxdur.”