AZ

Afət Telmanqızından Xatirə İslama sərt ittiham: “Xankəndini yalanlarınızla çirkləndirməyin!”

“Müğənni Xatirə İslam yalanları ilə görəsən, kimi aldatmaq istəyir? Onun “Xankəndidə doğulan yeganə ifaçıyam, sənətim də göz qabağında. “Xankəndi” əsərim də milyonların dilində. Bəs niyə Xankəndidə, Şuşada əsas tədbirlərdə mən yoxam? Mən heç vaxt, heç kimə nəyəsə görə danışmamışam, heç kimlə də problemim yoxdur” deyə verdiyi açıqlamada yeganə həqiqət onun Xankəndidə doğulmasıdır. Sənəti, ifaçılığı nədir, bu barədə heç nə yazmayacağam. Yalanı onun Xankəndidə keçirilən tədbirlərə dəvət olunmaması haqqında dedikəridir”.

Musavat.com xəbər verir ki, bunu jurnalist, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı sosial media hesabında yazıb.

AFET.jpg

“1 il ərzində (Xankəndidə işlədiyim müddətdə) Xankəndidə keçirilən bayram tədbirlərinə bu müğənni qatılmadı. Dəfələrlə burda keçirilən bayram konsertlərinə Xatirə İslam dəvət olunsa da, müxtəlif səbəblər gətirib iştirakdan imtina edib. Buna mən şahidəm.

Mədəniyyət və dövlət əhəmiyyətli tədbirlərə gəlmək istəməyən Xatirə İslam, siz niyə doğru olmayan məlumatlar verirsiniz? Hamıdan birinci siz bu torpağa gəlib, konsert verməliydiniz. Amma sizi burda görən olmadı. Doğrudur, sənətçinin hansı tədbirdə iştirak edib-etməməsi onun şəxsi qərarıdır. Siz də Xankəndidəki konsertlərdə iştirak etməmək qərarını özünüz vermisiniz.

İnanın ki, sizdən heç bir gözlənti də yoxdur. İnsan torpağını sevəndə torpağı üçün əlindən nə gəlirsə, edir. Sizin də bu torpağa verəcəyiniz tək şey burada oxuyacağınız mahnı ola bilərdi. Onu da özünüz çox görmüsünüz doğulduğunuz yerə. Heç olmasa Xankəndinin adını yalanlarınızla çirkləndirməyin”, - deyə A. Telmanqızı qeyd edib.

Xatirə İslam bildirib ki, illərdir Mədəniyyət Nazirliyinin keçirdiyi tədbirlərdə yer almır:

“Hər zaman söz-söhbətdən qaçmışam, heç vaxt ürəyimdən keçəni dilimə gətirməmişəm, hər zaman içimdə boğmuşam. Bir gün yəqin ki, içim dağılacaq. Çünki mən danışanda davamını saxlaya bilmirəm, sona qədər vuruşmağa da canım o deyil.

Əsəbləşməyin, sizi sevirəm. Mən özüm də 19 yaşından bu yana dünyanın hər bir yerində Azərbaycanı təmsil etməyə getmişəm, çox xidmətlərim olub. Vaxtilə toylarımı atıb, pulsuz dövlət tədbirlərinə gedirdim ki, gələcəkdə bu mənə kömək ola bilər. O zaman 19 yaşım var idi.

Xankəndidə doğulan yeganə ifaçıyam, sənətim də göz qabağında. “Xankəndi” əsərim də milyonların dilində. Bəs niyə Xankəndidə, Şuşada əsas tədbirlərdə mən yoxam?”

"Cebheinfo.az

Seçilən
81
7
cebheinfo.az

10Mənbələr