EN

Afrikanın çövkən çempionları Bakıya gəlir - FOTO

Nigeriyanın paytaxtı Abucada yerləşən Guards Polo Club meydanında keçirilən Afrika Çövkən Çempionatı 8 noyabrda başa çatıb.

İdman.Biz xəbər verir ki, turnirin qalibləri - Nigeriya və Niger komandaları - 2026-cı ildə Bakıda keçiriləcək Dünya Çempionatına birbaşa vəsiqə qazanıblar.

Turnir 5-8 noyabr tarixlərini əhatə edib və Afrika qitəsinin dörd komandası - Nigeriya, Niger, Qana və Misir – arasında maraqlı qarşılaşmalarla yadda qalıb.

Son oyun günündə Qana Misir üzərində 6–1 hesabı ilə qələbə qazanaraq üçüncü yeri tutub. Final görüşündə isə Nigeriya Niger üzərində 5-3 hesabı ilə qalib gələrək Afrika Çövkən Çempionatının qalibi olub.

Yekun sıralama belə müəyyən olunub:
1-ci yer - Nigeriya
2-ci yer - Niger
3-cü yer -Qana
4-cü yer - Misir

Turnirdə tamaşaçılara qədim çövkən oyununu müasir idman formatında izləmək imkanı yaradıb. Bu qələbə Afrikada çövkənin inkişafı və beynəlxalq səviyyədə tanıdılması üçün də mühüm addım hesab olunur.

İdman.Biz

Chosen
57
1
idman.biz

2Sources