AZ

Afrikanın çövkən çempionları Bakıya gəlir

sport24.az saytına istinadən ain.az xəbər verir.

Nigeriyanın paytaxtı Abucada yerləşən Guards Polo Club meydanında keçirilən Afrika Çövkən Çempionatı 8 noyabrda başa çatıb. Sport24.az xəbər verir ki, turnirin qalibləri - Nigeriya və Niger komandaları - 2026-cı ildə Bakıda keçiriləcək Dünya Çempionatına birbaşa vəsiqə qazanıblar.

Turnir 5-8 noyabr tarixlərini əhatə edib və Afrika qitəsinin dörd komandası - Nigeriya, Niger, Qana və Misir – arasında maraqlı qarşılaşmalarla yadda qalıb.

Son oyun günündə Qana Misir üzərində 6–1 hesabı ilə qələbə qazanaraq üçüncü yeri tutub. Final görüşündə isə Nigeriya Niger üzərində 5-3 hesabı ilə qalib gələrək Afrika Çövkən Çempionatının qalibi olub.

Yekun sıralama belə müəyyən olunub:

1-ci yer - Nigeriya2-ci yer - Niger3-cü yer -Qana

4-cü yer - Misir

Turnirdə tamaşaçılara qədim çövkən oyununu müasir idman formatında izləmək imkanı yaradıb. Bu qələbə Afrikada çövkənin inkişafı və beynəlxalq səviyyədə tanıdılması üçün də mühüm addım hesab olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
1
sport24.az

2Mənbələr