EN

ABL: “Şəki” “Abşeron”a, “Neftçi” “Sabah”a məğlub oldu

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 6-cı turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

A qrupunda yer almış komandalardan “Şəki” “Abşeron Lions”u qəbul edib. Şəki Olimpiya İdman Kompleksində keçirilmiş görüşdə qonaqlar 104:79 hesablı qələbəyə seviniblər.

Turun bağlanış oyununda isə “Neftçi” və “Sabah” üz-üzə gəliblər. Bakı İdman Sarayında baş tutmuş qarşılaşma “bayquşlar”ın 103:96 hesablı qələbəsi ilə bitib.

Xatırladaq ki, turun əvvəlki qarşılaşmalarında “Sumqayıt” “Lənkəran”ı 98:94, “Sərhədçi” “Quba”nı 86:82, “Ordu” “Naxçıvan”ı 100:76, “Gəncə” NTD-ni 90:78 hesabı ilə məğlub etmişdi.

A qrupu: Sabah – 12. Abşeron Lions – 11. Şəki – 8. Gəncə – 7. Neftçi – 7. NTD – 6.

B qrupu: Ordu – 12. Naxçıvan – 10. Sumqayıt – 8. Lənkəran – 8. Quba – 8. Sərhədçi – 8.

Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.

Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Chosen
21
27
arena.az

10Sources