EN

Azərbaycanın stolüstü tennis millisi İslamiadanın yarımfinalına yüksəldi

Azərbaycanın qadınlardan ibarət stolüstü tennis millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında yarımfinala yüksəlib.

Fanat.Az xəbər verir ki, yığma 1/4 finalda Maldiv adaları kollektivi ilə qarşılaşıb.

Görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb - 8:3.

Minimum bürünc medalı təmin edən Azərbaycan yığması sabah yarımfinalda Misir millisi ilə qarşılaşacaq.

Chosen
8
5
fanat.az

6Sources