Azərbaycanın qadınlardan ibarət stolüstü tennis millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında yarımfinala yüksəlib.
XQ xəbər verir ki, yığma 1/4 finalda Maldiv adaları kollektivi ilə qarşılaşıb.
Görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb - 8:3.
Minimum bürünc medalı təmin edən Azərbaycan yığması sabah yarımfinalda Misir millisi ilə qarşılaşacaq.