Azərbaycanın qadınlardan ibarət stolüstü tennis millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında yarımfinala yüksəlib.


Rekord.az xəbər verir ki, yığmamız 1/4 finalda Maldiv adaları kollektivi ilə qarşılaşıb.


Görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb - 8:3.


Minimum bürünc medalı təmin edən Azərbaycan yığması sabah yarımfinalda Misir millisi ilə qarşılaşacaq.