Bakıda noyabrın 8-də açılışı olan Zəfər muzeyi bu gündən ziyarətçilərin istifadəsinə verilib.
Publika.az xəbər verir ki, Prezident İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq ziyarətçilər Şanlı Zəfər tarixinin əbədiləşdirildiyi muzeylə noyabrın 9-11-də ödənişsiz qaydada tanış ola bilər.
Zəfər muzeyinə olan böyük maraq və ziyarətçi axını nəzərə alınaraq hər bir kəsin rahat keçidinin təminatı üçün muzeyin girişində növbə sistemi yaradılacaq.
Noyabrın 12-dən etibarən isə muzey bilet sistemi ilə fəaliyyət göstərəcək və bazar ertəsi istisna olmaqla digər günlər saat 11:00-dan 18:00-dək açıq olacaq.
Azərbaycan vətəndaşları üçün biletlərin qiyməti: məktəb yaşlı uşaqlar - ödənişsiz, tələbələr üçün - 1 AZN, böyüklər üçün - 5 AZN;