Bakıda 8 noyabr tarixində açılışı olan Zəfər Muzeyi bu gündən ziyarətçilərin istifadəsinə verilib.
"Cebheinfo.az" xəbər verir ki, ölkə başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq ziyarətçilər Şanlı Zəfər tarixinin əbədiləşdirildiyi muzeylə 9-11 noyabr tarixlərində ödənişsiz qaydada tanış ola bilər.
Zəfər muzeyinə olan böyük maraq və ziyarətçi axını nəzərə alınaraq hər bir kəsin rahat keçidinin təminatı üçün muzeyin girişində növbə sistemi yaradılacaq.
"Cebheinfo.az"