EN

Hidayət Heydərov İslamiadanın ikiqat qalibi oldu

Cüdoçumuz Hidayət Heydərov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən 6-cı İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

"Football-plus.az" xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində çıxış edən idmançı həlledici görüşdə özbəkistanlı Şakram Əhmədovu məğlub edib.

Bununla da Heydərov İslam Həmrəyliyi Oyunlarının ikiqat qalibi olub. O, 2017-ci ildə Bakıda keçirilmiş analoji yarışda da fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı.

Tatamiyə çıxan digər cüdoçumuz Könül Əliyeva (48 kiloqram) finalda türkiyəli Tuğçe Bederə uduzaraq gümüş medalla kifayətlənib.

Aydan Vəliyeva (52 kiloqram) və Ruslan Paşayev (66 kiloqram) isə bürünc mükafat əldə edib.

Qeyd edək ki, Azərbaycanı 6-cı İslam Həmrəyliyi Oyunlarında 20 idman növündə 179 idmançı təmsil edir.

Chosen
13
24
football-plus.az

10Sources