AZ

Hidayət Heydərov İslamiadanın ikiqat qalibi oldu

Azərbaycan cüdoçusu Hidayət Heydərov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

 

Senzor.az bildirir ki, 73 kiloqram çəki dərəcəsində çıxış edən idmançı həlledici görüşdə özbəkistanlı Şakram Əhmədovu məğlub edib.

 

Bununla da H. Heydərov İslam Həmrəyliyi Oyunlarının ikiqat qalibi olub. O, 2017-ci ildə Bakıda keçirilmiş analoji yarışda da fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı.

 

Qeyd edək ki, bu gün keçirilən yarışları 3 cüdoçumuz medalla başa vurub - Könül Əliyeva gümüş, Aydan Vəliyeva və Ruslan Paşayev isə bürünc medal qazanıblar.

Seçilən
35
24
senzor.az

10Mənbələr