AZ

Hidayət Heydərov İslamiadanın ikiqat qalibi olub

Azərbaycan cüdoçusu Hidayət Heydərov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

KONKRET.az apa.az-a istinadən xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində çıxış edən idmançı həlledici görüşdə özbəkistanlı Şakram Əhmədovu məğlub edib.

Bununla da H. Heydərov İslam Həmrəyliyi Oyunlarının ikiqat qalibi olub. O, 2017-ci ildə Bakıda keçirilmiş analoji yarışda da fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı.

Qeyd edək ki, bu gün keçirilən yarışları 3 cüdoçumuz medalla başa vurub – Könül Əliyeva gümüş, Aydan Vəliyeva və Ruslan Paşayev isə bürünc medal qazanıblar.

Seçilən
32
24
konkret.az

10Mənbələr