EN

A Seriyası: 4 oyuna 4 qol, 4 heç-heçə - ARENA.AZ

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 11-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.

“Komo” – “Kalyari”, “Leççe” – “Verona” və “Yuventus” – “Torino” matçlarında qapılara qol vurulmayıb. Dörd qolun qeydə alındığı “Parma” – “Milan” görüşündə də qalib müəyyənləşməyib.

11-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

İtaliya, A Seriyası
11-ci tur

7 noyabr

Piza – Kremoneze 1:0
Qol: Ture, 75.

8 noyabr

Komo – Kalyari 0:0

Leççe – Verona 0:0

Yuventus – Torino 0:0

Parma – Milan 2:2
Qollar: Bernabe, 45+1. Del Prato, 62 – Salemakers, 12. Leao, 26-pen.

9 noyabr

15:30. Atalanta – Sassuolo
18:00. Bolonya – Napoli
18:00. Cenoa – Fiorentina
21:00. Roma – Udineze
23:45. İnter – Latsio

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Chosen
33
37
arena.az

10Sources